İşçi və ticarət gəmiləri

  • Donanmanın idarə edilməsi
  • Genişzolaqlı internet
  • VoIP zəng
  • Televiziya

Dəniz suları dünyanın ən ucqar və əlçatmaz yerlərindən sayılır. Həftələrlə yerüstü rabitə xidmətlərindən məhrum olan su nəqliyyatı vasitələri, bəzən bu sularda təhlükəli vəziyyətə düşə bilər. Gəminin növündən və peykin əhatə dairəsindən asılı olmayaraq, bizim səsli rabitə və məlumat ötürülməsi sahəsində VSAT sistemləri vasitəsilə təqdim etdiyimiz müasir təkliflər limanlararası, gəmilərarası, gəmi heyətləri arası, habelə ekipajın yaxınları ilə əlaqə saxlamağa imkan verir.

VSAT texnologiyasından istifadə, əsas rabitə kanalların itməsi ilə yaranan riskləri azaltmağa və müvafiq olaraq maliyyə və iqtisadi itkilərin qarşısını almağa imkan verir.

VSAT – çevik və effektiv telekommunikasiya platformasıdır. Bu sistemin qurulması tez bir zamanda və daha az xərclərlə həyata keçirilir.

Gəmilərin effektivliyi: proseslərin avtomatlaşdırılması və məlumatların ötürülməsi üçün yüksəksürətli şəbəkə.

Təhlükəsizlik və mühafizə: risklərin effektiv idarə edilməsi, norma və standartlara uyğunluq, məlumat bazalarına və bulud xidmətlərinə girişin əldə edilməsi, gəmidəki nasazlıqların aşkar edilməsi işləri təkmilləşdirilir.
Ekipaj: gəmi heyətinin əhval-ruhiyyəsini yüksəltmək üçün onları ailə və dostları ilə ünsiyyət qurmalarına onlayn imkanlar yaradılır.

Sərnişin gəmiləri və bərələr

  • Wi-Fi nöqtələri
  • Səs xidmətləri
  • Zənglər və internet kartı
  • Televiziya

Son zamanlarda dəniz nəqliyyatında sərnişindaşımanın artması müşahidə edildiyi üçün gəmi heyəti və sərnişinlər üçün rahat şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Hazırda su nəqliyyatı vasitələrində internet və TV yayım xidmətlərinin təqdim edilməsi geniş vüsət alıb.

Caspiansat şirkəti olaraq peyk xidmətləri və TV yayımı ilə yanaşı, ekipaj və sərnişinlər üçün internetə icazəli çıxışı olan Wi-Fi zonalarının və sistemlərinin qurulması kimi geniş xidmətlər təmin edirik. Xidmətlərimizə həmçinin daxildir:

  • Sərnişinlər və gəmi heyətinə internet xidmətinin təşkil edilməsi.
  • Bütün marşrut boyunca və limanlarda gəmilərə nəzarət və onların idarə edilməsi.
  • Real vaxt kəsimində video nəzarət.
  • Qəza hallarında stabil rabitə.

Bizim təqdim etdiyimiz xidmətlərin sayəsində gəmi şirkətlərinin operatorları hətta fövqəladə hallarda belə gəmilərə tam nəzarət edə bilirlər.

Sərnişinlər: Gəmidə olan qonaqların internetlə təmin edilir.

Ekipaj: gəmi heyətinin əhval-ruhiyyəsini yüksəltmək üçün onları ailə və dostları ilə ünsiyyət qurmalarına onlayn imkanlar yaradılır.

Gəmilərin effektivliyi: proseslərin avtomatlaşdırılması və məlumatların ötürülməsi üçün yüksəksürətli şəbəkə yaradılır.

Təhlükəsizlik və mühafizə: risklərin effektiv idarə edilməsi, norma və standartlara uyğunluq, məlumat bazalarına və bulud xidmətlərinə girişin əldə edilməsi, gəmidəki nasazlıqların aşkar edilməsi işləri təkmilləşdirilir.

Yaxtalar

  • Genişzolaqlı internet
  • Televiziya

Dənizdə, çaylarda və göllərdə etibarlı, sürətli və sabit rabitə müasir gəmiçiliyin təhlükəsiz və rahat fəaliyyət göstərməsi üçün əsas şərtlərdən sayılır. CaspianSat şirkətinin təqdim etdiyi VSAT sistemi, istənilən gəmidə və akvatoriyada ən mürəkkəb məsələləri həll edir.

Sərnişin daşıyan vasitələr arasında yaxtalar xüsusi yer tutur. Belə gəmilərə olan tələblər çox yüksəkdir, burada genişzolaqlı internet və peyk TV yayımı mütləq xarakter daşıyır.

Yaxtaların lazımi keyfiyyətdə müvafiq xidmətlərlə təchiz edilməsi həm kapitan və heyəti, həm də sərnişinlər tərəfindən yüksək qiymətləndiriləcək.

Təqdim etdiyimiz rabitə sistemləri Ku-diapazonunda fəaliyyət göstərir və 10o Mbit/s sürətlə gədər təmin edilə bilər, lakin ehtiyaclarınıza görə, daha yüksək sürət təmin etmək mümkündür.

Bu veb sayt cookies istifadə edir. Bu barədə daha ətraflı məlumatuses cookies. Сookies policy