• Geniş-zolaqlı internet
  • VoIP zəng
  • Televiziya

Neft və qaz yataqlarının işlənməsi və ucqar ərazilərdə qazma platformalarının quraşdırılması böyük həcmli maliyyə vəsaitləri tələb edir. Üstəlik seysmik əməliyyatlar zamanı nəzarət altında saxlanılmalı, toplanmalı və vaxtında göndərilməli olan məlumat axını yaranır.

Bu prinsiplər yeni nəsil genişzolaqlı texnologiyaların istifadəsini zəruri edir. Müasir VSAT peyk texnologiyaları istismar və texniki xidmət xərclərini azaltmaqla istənilən rabitə ehtiyaclarını ödəyə bilər.

Caspiansat şirkətinin təqdim etdiyi VSAT texnologiyası kommunikasiya problemlərini həll edərək real vaxt kəsiyində video bağlantı, qazma qurğusunun monitorinqi, uzaqdan tənzimləmə, böyükhəcmli məlumatların ötürülməsi, obyekt üzərində nəzarət və izləmə, sistemlərin avtomatlaşdırılması, bulud hesablamaları və geniş coğrafi əhatə dairəsi kimi üstünlüklər təmin edir.

Ekipaja qayğı

Bəzən neft-qaz platformalarının və dəniz nəqliyyat vasitələrinin əməkdaşları həftələrlə dənizdə qalmağa məcbur olurlar. Belə hallarda, işçilər gündəlik stressi atmaq üçün yaxınları ilə ünsiyyətdə olmaq və qlobal şəbəkədə ictimai fəallıq göstərmək istəyirlər. Biz işçilərin sağlamlığının əhəmiyyətini dərk edirik və aparıcı texnologiyalar sayəsində onları sabit kommunikasiya xidmətləri ilə təmin edirik.

Tele-tibb və sağlamlıq yardımı

Əməkdaşların səhhəti və sağlamlıq durumu neft-qaz şirkətləri üçün birinci dərəcəli məsələdir. Peyk rabitəsinin geniş əhatəyə malik olması teletibb xidmətləri göstərməyə, təhlükəsizlik təlimləri keçməyə və komanda üzvləri ilə təcrübə mübadiləsi aparmağa imkan yaradır.

Bu veb sayt cookies istifadə edir. Bu barədə daha ətraflı məlumatuses cookies. Сookies policy