Texniki dəstək

CaspianSat şirkətinin yüksək səviyyəli peşəkar texniki xidmətinə daxildir: gündə 24 saat, həftədə 7 gün, ildə 365 gün əhatəli dəstək servisi; peyk şəbəkələrinə sertifikatlı mütəxəssislər tərəfindən texniki dəstək; onlayn rejimdə vahid texniki dəstək xidməti (internet, telefon yaxud e-poçt vasitəsilə).

Harada olmağınızdan asılı olmayaraq, bizim peşəkar komandamız zəngin bilik və təcrübəsi ilə həmişə sizə yardım etməyə hazırdır.

Yerində xidmət

Bizim sertifikatlı mütəxəssislərimiz, layihələrinizin istismara buraxılmasına qədər, hər bir mərhələdə daim sizi müşayiət edəcək, və istər quruda, istərsə də dənizdə VSAT ilə bağlı bütün zəruri dəstəyi təmin edəcək.

Caspiansat şirkətinin peşəkar texniki dəstəyi sayəsində peyk rabitə avadanlıqlarının quraşdırılması, təmiri, yenilənməsi, sınaqdan keçirilməsi, dəyişdirilməsi və profilaktik təmirini həyata keçirilməsi asanlıqla həyata keçirilir. Avadanlıqlarınızın və cihazlarınızın həmişə istifadəyə hazır və yararlı olmasını biz təmin edərik.

Bütün bunlarla yanaşı biz həmçinin lazımi icazələrin alınmasında, gömrük proseduralarının həll edilməsində, sığorta məsələlərində, zəmanət sonrası təmir və digər xidmətlərdə sizə kömək etməyə hazırıq.

Ehtiyat hissələri anbarı

Sürətli texniki xidmət göstərmək və bununla da peyk sistemlərinin fasiləsiz çalışmasını təmin etmək üçün daim əlimizin altında lazımlı ehtiyat hissələri mövcuddur.

Müştərilərə fərdi yanaşma siyasətimiz davamlı yüksək səviyyəli texniki xidmətin təminatçısıdır.

Bu veb sayt cookies istifadə edir. Bu barədə daha ətraflı məlumatuses cookies. Сookies policy