SkyHub – AzerCosmos şirkəti ilə müştərək olaraq hazırlanmış və təklif edilən telekommunikasiya xidmətidir. Nöqtədən nöqtəyə (P2P) ənənəvi aşağı sürətli peyk rabitəsindən fərqli olaraq, bu həll müştərilərinə yerüstü analoqa bərabər yüksək sürətli peyk telekommunikasiya rabitəsini təmin edir. Yeni nəsil peyk texnologiyaları, AzerCosmos peyklərinin imkanları və peşəkar mütəxəssislərimizin misilsiz səyləri sayəsində peyk rabitəsində 100 Mbit/s sürətinin əldə edilməsi mümkün oldu.
Ayrılmış genişzolaqlı bağlantısı olan ənənəvi nöqtədən nöqtəyə (P2P) peyk rabitəsi sanki sabit diametrli (yəni ötürücü zolaq) nazik bir boruya bənzəyir. Bu tip rabitə həqiqi trafik tələbatından və hava şəraitindən asılı olmayaraq hər zaman eyni sabitliyi təmin edir.
SkyHub isə, hər saniyə diametrini dəyişə bilən yüksək texnoloji bir boru kimi təsəvvür edilə bilər. Genişzolaqlı rabitə heç vaxt tələb olunan minimumdan az ola bilməz və SkyHub pulda (rezervində) mövcud olan sərbəst şəbəkəyə və tələbata uyğun olaraq daha yüksək trafik sürətini təmin edə bilər.
Ənənəvi P2P peyk rabitəsi üçün büdcə hesablanarkən, genişzolaqlı bağlantı ilə bağlı tələblər adətən ən sərt hava şəraitinə uyğun əsaslanır. Bununla da 99,8% keyfiyyətli rabitənin təmin edilməsinə zəmanət verilir, bu isə neft və qaz müəssisələri üçün çox böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, əlverişsiz hava şəraiti zamanı yüksək səviyyəli genişzolaqlı peyk bağlantısının təminatı normal və ya açıq hava şəraitində təqdim edilən təminatdan 25% – 70% daha məsrəflidir.
Lakin SkyHub vasitəsilə genişzolaqlı bağlantının dinamik kompensasiya alqoritmləri sayəsində normal hava şəraiti üçün nəzərdə tutulmuş qənaətli büdcə ilə 99,8%-lik əlverişli hava səviyyəsi təmin edilir.
Təsəvvür edin müştəri bir neçə yerdə peyk rabitəsi qurmaq istəyir. Həmin müştərinin təqribən on gəmisi var və hər gəmiyə 2 Mbit/s ayrılmalıdır.
VSAT P2P sisteminin klassik ssenarisi üzrə faktiki tələbatdan asılı olmayaraq hər gəmiyə ayrıca olaraq 2 Mbit/s sürətli genişzolaqlı əlaqə təmin edilməlidir. Bu sadə yoldur, lakin səmərəli deyil.
Amma SkyHub vasitəsi ilə hər bir gəmi üçün ayrıca 2 Mbit/s genişzolaqlı bağlantı ayırmaq əvəzinə, xüsusi olaraq hər bir müştəriyə ötürmə qabiliyyəti 20 Mbit/s olan pul (rezerv) yaradılacaq. Bununla da, minimum 2 Mbit/s sürətli genişzolaqlı bağlantı ayırmaq əvəzinə, hər gəmi 20 Mbit/s sürəti olan puldan (rezervdən) faydalanacaq və həmin sürət on gəmi arasında bölüşdürüləcək. Nəticədə, hər bir gəmidə faktiki genişzolaqlı şəbəkənin sürəti həmişə 2 Mbit/s ilə 20 Mbit/s arasında dəyişəcək. Bu cür yüksək sürət mühüm biznes tətbiqlərinin davamlı çalışmasını təmin edəcək və eyni zamanda gəminin heyətlə bağlı digər tələbatları ödəmək üçün zəruri şərait yaradacaq.
Ayrılmış xətt üzrə korporativ pullardan (rezervlərdən) fərqli olaraq, SkyHub öz müştəriləri arasında paylaşılan yüksək ötürücü imkanlarına malik genişzolaqlı bağlantısı olan şəxsi pulunu (rezervini) özü idarə edir. Bu yanaşma sayəsində, məlumatların ötürülmə sürəti 100 Mbit/s kimi yüksək göstəricilərə çatır. Həmin yüksək sürətlə bir çox tətbiqlərin əməliyyatı asanlıqla həyata keçirilir.
Bu üstün imkanlar həm peyk rabitəsini, həm də yerüstü şəbəkələri (qısa dalğa rabitəsi, WiMAX yaxud LTE) tez-tez istifadə edən müəssisələr üçün çox faydalıdır.