Tərəfdaşlarımız

İndiki sürətlə dəyişən yüksək texnologiyalar dünyasında, təkcə davamlı inkişafa olan istəklərinizi bölüşməklə yanaşı həm də aktuallığını qoruyan və böyümənin yenilikləri olan tərəfdaşların olması vacibdir.
Müştərilərimizə yeni imkanlar gətirmək üçün yeni texnologiyalar ortaya çıxır. Sənayenin liderləri arasında olmağımıza və onlarla birlikdə inkişaf etməyimizə kömək edən tərəfdaşlarla işləmək üçün hər cür fürsətən istifadə edirik.

Azərkosmos

Azərbaycanın və Cənubi Qafqazın ilk peyk rabitəsi operatorudur. Azərbaycan Respublikasının hökumətinin tabeçiliyində olan şirkət, öz peykləri vasitəsilə telekommunikasiya və coğrafi kəşfiyyat sahələrinə yüksək keyfiyyətli peyk, genişzolaqlı rabitə və yayım xidmətləri təqdim edir. Şirkətin əhatə dairəsinə Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiyada daxildir.

Azərkosmos və Caspiansat şirkətinin strateji tərəfdaşlığı yerli və xarici bazarlarda peyk şəbəkələri ilə məlumatların ötürülməsinin genişləndirilməsinə xidmət edir. Bu əməkdaşlıq çeşidli İT həllərin təqdim edilməsi üçün internet, telefoniya, televiziya yayımı, korporativ rabitə şəbəkələrinin təşkili, magistral məlumat ötürmə kanallarının yaradılması, quruda və dənizdə olan obyektlərin uzaqdan idarə edilməsi, Azerspace-1 və Azerspace-2 peykləri üzərindən digər xidmətlərgeniş fürsətlər yaradır.

Azersky – Yer səthinin məsafədən müşahidə edilmə peyki. Azərkosmos 1.5 m. yüksəkliyindən çəkiliş aparmağa imkan yaradan peykdən istismar və kommersiya məqsədləri üçün istifadə etmək hüququna malikdir.

Azerspace-2 peyki – 2018-ci ilin sentyabr ayında orbitə çıxarılıb və 35 transponder ilə təchiz edilib (Ku diapazonunda). Peyk 45° şərq uzunluğunda yerləşir. İstifadə müddəti 15 ildir.

Azerspace-1 peyki – 2013-cü ilin fevral ayında orbitə çıxarılıb və 36 transponder ilə təchiz edilib (24-ü C diapazonu, 12-si Ku diapazonu). Peyk 46° şərq uzunluğunda yerləşir. İstifadə müddəti 15 ildir.

ST- Engineering

Bu şirkət aerokosmik, elektron, quru və dəniz sektorlarına inteqrasiya olunmuş aparıcı mühəndislik qrupudur. ST Engineering peyk rabitə həlləri seqmentində aparıcı istehsalçı və təminatçı şirkətidir və peyk operatorlarına, şəbəkə provayderlərinə, şəbəkə operatorlarına geniş bağlantı imkanları təqdim edir.

Şirkət öz müştərilərinə xidmətlərini fərqləndirməyə və işlərini genişləndirməyə yardım edir. Peyk rabitəsi üzrə çeşidli həllər iDirect, Newtec və Agilis markaları altında təklif olunur.

ST Engineering şirkətinin təqdim etdiyi kəsintisiz səs, video və məlumat ötürülməsi xidmətləri iqtisadiyyatın inkişafına töhfə verir, təhsil və təlim sahələrində müasir təşəbbüsləri dəstəkləyir, əməyin səmərəliliyini artırır, insanların həyatını xilas edir və “ağıllı” şəhərlərin qurulmasında tətbiq edilir.

Intellian

Sabitləşdirilmiş peyk sistemləri və dəniz antenaları təchizatı üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Xüsusi patentləşdirilmiş sabitləşdirmə və izləmə texnologiyaları sayəsində Intellian şirkətinin təklifləri dəniz, müdafiə və enerji sahələrində geniş istifadə edilir. VSAT sistemi üzrə tam çeşid və TVRO peyk antenaları sahəsində innovativ həllər daxil olmaqla, şirkətin müxtəlif antena sistemləri lüks yaxtalar, neft-qaz sektorunun bütün gəmiləri və hərbi müdafiə xarakterli gəmilərdə tətbiq edilir.

Avtonom peyk sistemi bütün hava şəraitlərində açıq dənizlərdə televiziya proqramlarının keyfiyyətli və sabit qəbulunu təmin edir.

Intellian şirkətinin istehsal etdiyi məhsullar 45-dən çox ölkəyə ixrac olunur. Üstəlik şirkət, dünya üzrə 400-dən çox diler razılaşması sayəsində, geniş dəstək şəbəkəsinə malikdir. Şirkət 2004-cü ildə, mərkəzi ofisi Cənubi Koreyanın paytaxtı Seulda olmaqla, təsis edilib. Intellian şirkətinin Busan şəhərində (Cənubi Koreya) Texniki Dəniz Mərkəzi, ABŞ-da (İrvin, Kaliforniya; Sietl, Vaşinqton) və Avropada (Rotterdam, Niderland) nümayəndəlikləri var.

Compech

Comtech EF DATA şirkəti Comtech Telecommunications Corp. müəssisəsinin törəməsidir və peyk rabitə avadanlıqlarının və cihazlarının inkişafı istiqamətində fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullar 160-dan çox ölkədə quraşdırılıb və şəbəkə xidmətlərinin təminatçıları, peyk operatorları, dövlət və kommersiya istifadəçiləri üçün təqdim edilir. Comtech EF DATA şirkəti Heights şəbəkə platformaları, peyk modemləri, yeni nəsil VSAT həlləri, modem aksesuarları, RAN və WAN optimal həlləri, şəbəkə və genişzolaqlı kanalların idarəetməsi, RF-tezlik tənzimləyiciləri və gücləndiriciləri, tezlikləri dəyişən həllər və qəbuledicilər kimi geniş çeşiddə cihazlar istehsal edir.

Comtech EF DATA cihaz və avadanlıqları peyk sənayesində effektivliyi və etibarlılığı ilə dünya şöhrəti qazanıb. Bütün məhsulların üstün istismar xüsusiyyəti birbaşa olaraq yüksək texniki komponentlərdən, ən müasir konstruksiya və inteqrasiya edilmiş tətbiqi proqramların idarə edilməsi sayəsindədir. Mövcud geniş imkanlar peyk rabitə xətlərinin funksionallığını artırmağa, zolaqların ötürücülük imkanlarını optimallaşdırmağa və rabitə xərclərini azaltmağa şərait yaradır.

Comtech şirkəti perspektivli gələcək üçün genişlənmə istiqamətində Gilat Satellite Networks şirkətini əldə edir. Qlobal rabitə tələbatlarını qarşılamaq üçün Gilat Telecom dünya səviyyəli həllər təqdim edir. Aparıcı sabit və mobil peyk şəbəkəsi operatorları onların zəngin xidmət və təkliflərindən istifadə edir.
Həmin şirkəti əldə etməklə, Comtech şirkəti rəqibləri üzərində strateji üstünlük əldə etmiş olur, bununla da əlavə texnologiyalar vasitəsilə daha geniş xidmətlərin təqdim edilməsi, və Göyərtə üzərində şəbəkə (UB) həmçinin mobil rabitə bazarlarında mövqeyinin möhkəmlənməsi həyata keçirilməkdədir.
Comtech şirkəti eyni zamanda yerüstü peyk stansiyası texnologiyası üzrə müasir həllər təmin edən, Kanada provayderi UHP Networks şirkətini əldə etmək üçün razılaşma imzalamışdır. Bu razılaşma Comtech şirkətinin son dövrlərdə artıq ikinci sövdələşməsidir.

Yüksək satış göstəriciləri və üstün yanaşması olan dominant dünya lideri mövqeyini əldə etmək üçün Comtech şirkəti hər üç firmanın texnologiyalarından istifadə etməyi planlaşdırır.

Etibarlı Tərəfdaş axtarırsınızsa

Bu veb sayt cookies istifadə edir. Bu barədə daha ətraflı məlumatuses cookies. Сookies policy